REGİONLAR
“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ağcabədi, 17 may, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən gənclər arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda onlayn inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar olunmasıdır.
Aprelin 27-dən mayın 6-dək davam edən və 34 gəncin iştirak etdiyi müsabiqədə Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Xədicə Fətəliyeva birinci, 3 nömrəli məktəb-liseyin şagirdi Qumru İbrahimova ikinci, 5 nömrəli tam orta məktəbin şagirdi Sevinc Həsənova isə üçüncü yerə layiq görülüb.
Qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]