ELM VƏ TƏHSİL


“Heydər Əliyev və şanlı Azərbaycan” elmi konfransının məruzələrinin tezislərindən ibarət kitabın müzakirəsi olub

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və şanlı Azərbaycan” adlı Respublika tələbə-şagird elmi konfransının məruzələrinin tezisləri” kitabının müzakirəsi keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədri, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov konfransda nəinki başqa universitetlərin tələbələrinin, həmçinin orta məktəblərin şagirdlərinin də məruzələrlə çıxış etdiklərini diqqətə çatdırıb.

Universitetin elmi katibi, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva tələbələrin təkcə Azərbaycanın müxtəlif universitetlərində elmi məruzələrlə çıxışlar etməklə kifayətlənmədiyini, eyni zamanda, beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını nümayiş etdirdiklərini söyləyib.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib, kitabın çap olunmasının tələbələrin elmə olan maraqlarının artması üçün bir stimul olduğunu vurğulayıb.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli topluda ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideyaları ilə bağlı tezislərin çoxluq təşkil etdiyini deyib, kitabın tələbələrin vətənpərvərlik ruhunda formalaşması üçün mühüm rol oynayacağını bildirib.

ADU-nun magistrantı Şəlalə Məmmədova, Filologiya fakültəsinin tələbəsi Elşən Hüseynli və Təhsil 1 fakültəsinin tələbəsi Fidan İsmayılzadə çıxışlarında kitabın ilk dəfə elmi fəaliyyətə başlayan tələbələr üçün əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.