Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyevi xatırlayarkən: hər ili, hər günü bir dastan olan ömür – AZƏRTAC-ın xüsusi layihəsi

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskar gözündə gördüyü Heydər Əliyev çox zəngin və mənalı ömür yaşayıb. Hər ayı, hər günü bir dastan olan bu böyük ömrün nişanələri fotolarda yaşayır. Hər il mayın 10-da Ulu Öndərlə bağlı xatirələr bir daha dilə gəlir, müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır.

AZƏRTAC-ın arxivində hamımız üçün doğma və əziz, unudulmaz insan olan Heydər Əliyevin həyatının müxtəlif mərhələlərini əks etdirən minlərlə nadir fotoşəkil qorunur. Bu fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.

 

         

 

 

          

Böyük ailənin sadə həyat tərzi

Həyata yol ailədən başlayır. 97 il əvvəl Naxçıvanın ucqar kəndində, sadə bir ailədə dünyaya göz açmış Heydər Əliyev böyük vəzifələrdə çalışmasına baxmayaraq, dəbdəbədən uzaq, sadə bir həyat yaşayıb. Respublikanın rəhbəri Heydər Əliyevin və görkəmli alim Zərifə xanımın ailəsi adi azərbaycanlı ailəsindən o qədər də fərqlənmirdi.

Heydər Əliyev gənc yaşlarından yüksək vəzifələr tutub, çiyinlərində bütün ölkənin yükünü daşıyıb. İşin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı fotolardan biri çox uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımla yanaşı, övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük.

            

 

 

         

 

Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişafda olan Azərbaycanı görürlər. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır...

      

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda həyatın axarını dəyişdi

Bu bölmədə toplanan fotolar ötən əsrin 70-80-ci illərində çəkilib. Mərkəzi hökumət keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri sayılan Azərbaycana ögey münasibət bəsləyir, respublikada ətalət və durğunluq hökm sürürdü. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan - Heydər Əliyev birinci katib seçiləndən sonra aradan qalxdı. Çox keçmədən həyatın axarı büsbütün dəyişdi, respublikada böyük quruculuq dövrü başlandı. Bakıda o vaxtlar üçün nadir müəssisələr (məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), yaraşıqlı binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, böyük yaşayış massivləri (Yeni Əhmədli, Günəşli), mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında rekord nəticələr əldə olundu, əhalinin güzəranı yaxşılaşmağa başladı.

       

Elm və təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərir və beləliklə, yüksəkixtisaslı kadr potensialı yetişirdi. Eyni zamanda, incəsənət və ədəbiyyat inkişaf edir, milli ruhlu əsərlər yaranırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu kadr və intellekt potensialı köməyə çatdı.

        

      

 

Əvvəlki birinci katiblərdən fərqli olaraq, Heydər Əliyev bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Qarşımızdakı bu ağ-qara fotolar özündə həmin dövrün ab-havasını yaşadır, bizi xəyalən o illərə qaytarır...

       

 

         

           

 Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı. Heydər Əliyev mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, bir sıra böyük layihələri Bakıya yönəldirdi.

Bu bölmədəki fotolarda Heydər Əliyevin Moskva həyatının, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətinin bəzi məqamları əks olunub.

     

       

Ulu Öndərin Naxçıvan həyatı

Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bir müddət Moskvada yaşamağa davam etdi.

Həmin vaxtlar Azərbaycanın başı üzərində qara buludlar dolaşırdı. Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırmışdı. 1990-cı il yanvarın 20-də Sovet Ordusu Bakıda qanlı qırğın törətdi.

Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Respublikanın o vaxtki rəhbərliyi onun Bakıya yolunu kəsdiyi üçün Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, muxtar respublikadakı həyat və fəaliyyətinin müəyyən anları əksini tapıb.

    

    

Xilaskarın qayıdışı

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etsə də, hakimiyyətdə təmsil olunanların səriştəsizliyi, siyasi çəkişmələr, vəzifə davaları ucbatından ölkədə vəziyyət getdikcə mürəkkəbləşirdi. Azərbaycan parçalanma, müstəqilliyini itirmək təhlükəsizliyi ilə üz-üzə qalmışdı.

Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Fotoların biri özündə həmin tarixi anı yaşadır.

      

Ümummilli Lider məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı düşdüyü ağır vəziyyətdən qurtara bildi. Təhlükələri bir-bir dəf edərək ölkəmizi tərəqqi yoluna çıxardı. Heydər Əliyevə olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı - sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Bununla da iqtisadi inkişafın əsası qoyuldu. Fotoşəkillər bizi həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamları göz önündə canlanır.

    

    

 Siyasət olimpinin zirvəsində

Dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan o vaxt dünyada yetərincə tanınmır, beynəlxalq arenada ilk kövrək addımlarını atırdı. Heydər Əliyevin şəxsi nüfuzu burada da köməyə gəldi, Azərbaycanın dünyaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər gənc dövlətin xarici siyasətinin uğurlarını təmin etdi. Həmin vaxt çəkilmiş fotolarda Heydər Əliyevin hər yerdə hörmət-izzətlə qarşılandığını görürük.

         

          

Dövlət və hökumət rəhbərləri, tanınmış siyasi xadimlər, məşhur yazıçılar Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırır, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirdilər. Yeri gəlmişkən, bir neçə sitata nəzər salaq.

Rusiya Prezidenti Vladimir Putin: O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi.

 

ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcək.

Qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir.

Məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski: Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir.

Ümummilli Liderə ümumxalq məhəbbəti

Fəxri xiyaban... Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu ünvanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, hörmətli qonaqlar bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirirlər.

Ulu Öndərin doğum və anım günlərində insanlar axın-axın onun abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Həmin mənzərəni seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti onun özü kimi əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq...

           

 

     

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rusiya Dəniz Gəmiçiliyi Reyestri” Xəzər regionunda yeni xidmət istiqamətlərini təşviq edəcək

Braziliya Pantanalında güclü yanğınlar baş verir

Avropa quş qripi pandemiyasına hazırlaşır

ABŞ və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar

ÜST: Dörd sənaye sahəsi hər il 19 milyon insanın ölümünə səbəb olur

Media: Çinin Aİ-nin tarif qərarına qarşı çoxsaylı əks tədbirləri var

Lənkəranda avtomobil nənə və nəvələri vurub, ölən var

Milli Məclisin sədri Sahibə Qafarova Belarusun Baş naziri ilə görüşüb

Daşkənddə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir

Nazir: Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Budapeşt və NATO razılıq əldə ediblər

Əziz Əliyev haqqında “Böyük Azərbaycan naminə” kitabı işıq üzü görüb

Fransada parlament seçkilərilə bağlı ilkin sorğuların nəticələrinə görə ifrat sağçılar səs çoxluğu qazanacaqlar

Gürcüstan portalları AZƏRTAC-ın bəyanatını yayıblar

“Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar keçirilib

Gürcüstan rəsmisi: Keçən il bəzi qüvvələr bir neçə dəfə hakimiyyəti zorla dəyişməyə cəhd ediblər

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçirilib VİDEO

“Kapitan” Makronun gəmisi batmağa başlayır?

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutulub, 8 mülki şəxs həlak olub VİDEO

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib

Çində havanın hərarəti 75 dərəcəni göstərib VİDEO

® “Azerconnect Group” və “Vodafone Group” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Devid Moran: Azərbaycan Orta Dəhlizin inkişafının mərkəzində yerləşir

“Qafqaz Qartalı-2024” təliminin təntənəli bağlanış mərasimi keçirilib VİDEO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi: Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub

Milli Məclisin komitə iclasında altı məsələ müzakirə olunub

Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib

İdarə rəisi: Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi var

Türkiyənin beş vilayətində meşə yanğınları baş verib

® Bakı Fond Birjasında "AccessBank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“Fənn Münasibətləri – Yeni Biliklər İstehsalı“ kitabının təqdimat mərasimi keçirilib

Çində helikopter qəzasında 3 nəfər itkin düşüb

Nikol Paşinyan: Mən hakimiyyətdə olmasaydım, Ermənistan əyalətə çevriləcəkdi

“Kəpəz” klubu legioneri ilə müqaviləni uzadıb

Mətbuat Şurası: Fransanın sifarişi səbəbindən AZƏRTAC-ın əməkdaşı ilə bağlı yaranan insident söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir

“Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib

Azərbaycan startap və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında irəliləyiş əldə edib

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması üzrə imtahanın nəticələri açıqlanıb

Azərbaycanla BƏƏ arasında əməkdaşlıq istiqamətləri genişləndirilir

28 May – Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirilib

Naxçıvanda ət satışı obyektlərində monitorinqlər keçirilir

Xidmət səviyyəsinin ölçülməsi məqsədilə internet istifadəçiləri arasında sorğu keçirilməsinə başlanılıb

Quş qripi xəstəliyinə qarşı keçirilmiş monitorinqlərin nəticələri açıqlanıb

“TRT World” kanalı “1915. Köçürülmə” adlı yeni sənədli film çəkib

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7 faiz artıb

® “Kapital Bank”ın nağd kredit lotereyasının final tirajının qalibləri bəlli olub

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun zirehli transportyorlar alıb

Dövlət Film Fondunda Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib

Yaxın gələcəkdə Azərbaycan və Latviyanın baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanacaq

Bonnda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı keçirilib VİDEO

“Beşiktaş” braziliyalı futbolçu ilə anlaşıb

Cari ilin 5 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 934 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Elin Süleymanov: Azərbaycan Orta Dəhliz və regional bağlantılar üçün əsas ölkədir

Naxçıvanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait 5 dəfədən çox artıb

XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

İsveç saytı Bakı Enerji Həftəsindən yazıb

Rafael Nadal da "Uimbldon" turnirini buraxacaq

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişləri beş dəfə artıb

Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyası ilə görüş keçirilib

Əslən Qərbi Azərbaycandan olan yazıçının ailəsindən qalan kədər dolu xatirələr

Lisey və gimnaziyalara ərizə qəbulu başa çatır

Dağlıq və dağətəyi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək

Aqrar Xidmətlər Agentliyində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib

Memarlıq incilərində sovet dövrünün koloriti

Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər

BDU ilə Tailandın Krirk Universiteti arasında əməkdaşlığa dair görüş

Avro-2024-də italiyalı baş məşqçilərin hegemonluğu

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

2023-2024-cü tədris ilində paytaxt məktəbliləri idman yarışlarında 5 minə yaxın medal qazanıb

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

İcraçı direktor: Azərbaycan üçün investisiya kalkulyatorunun hazırlanması layihəsi davam edəcək

Media nümayəndələri “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib

Xaçmazda "Sehrli rənglər" festivalına 200-dən çox şagird qatılıb

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

“Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirilib

Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatını dayandırmağa məcbur olub

Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Paşinyan: Ermənistan hökuməti yalnız xalqın tələbi ilə istefa verə bilər

Avropa çempionatı: Açılış oyununun hakimləri müəyyənləşib

Culfada kənd avtomobil yolunda yaranan məhdudiyyət aradan qaldırılıb VİDEO

Bu il əhalinin hər bir nəfəri ay ərzində ticarət şəbəkəsində orta hesabla 421 manatlıq məhsul alıb

Vyanada keçirilən seminarda Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələsi müzakirə ediləcək

Makronun uğursuz gedişləri, Fransanın siyasi cəhətdən iflası - Ekspertlər danışır

Şəkidə “44 gün – Tarixi zəfər” kitabının I və II cildinin təqdimatı keçirilib

Tələbələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda istehsalat təcrübəsində olublar

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

UNEC-də Milli Qurtuluş Günü qeyd olunub

Ağdaş və Göyçaydakı ilkin istehsal sahələrində monitorinqlər aparılıb

BMU-nun qəbul planına 7 yeni ixtisas əlavə edilib

Azərbaycanlı gənc dirijorun növbəti uğuru

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat elan edilib