REGİONLAR


Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmiz üçün hazırlanan məkrli planları alt-üst etdi

Ağsu, 14 iyun, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycanın tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. Əlbəttə, bu qayıdış vətənimiz üçün uzun illərdən bəri hazırlanan məkrli planları alt-üst etdi, nəinki siyasi, milli varlığımıza doğru uzanan xain əlləri kəsdi, Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər ən yeni tariximizin şanlı səhifəsi olan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağsuda keçirilən təntənəli yığıncaqda söylənilib.

İştirakçılar öncə şəhərin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində məktəblilər iştirakçıları Ulu Öndərə, çiçəklənən Azərbaycana həsr olunan şeirlərlə qarşılayıblar. Sonra böyük öndərin ictimai-siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Təntənəli yığıncağı rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin doğma vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərini konkret tarixi faktlarla bir daha diqqətə çatdırıblar. Vurğulanıb ki, Ulu Öndər 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçildikdən sonra cəbhədə atəşkəs əldə edildi. Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun və sabitliyin bərpası, demokratik və hüquqi dövlət quruculuğu, beynəlxalq əlaqələrin qurulması və digər sahələrdə ciddi uğurlar qazanıldı, ölkə inkişaf yoluna qədəm qoydu.

Çıxışlarda, habelə gündən-günə çiçəklənən Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi böyük uğurlardan da danışılıb. Diqqətə çatdırılıb ki, bütün bu uğurlar Milli Qurtuluşun - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının xalqımıza verdiyi zəngin xəzinədir.

Tədbir axşam Heydər parkında açıq havada rayon musiqiçilərinin hazırladıqları konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.