“Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda tədbir keçirilib
AzerTAg.az
Bakı, 26 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu bildirib.
O qeyd edib ki, XX əsrdə ölkəmiz müstəqilliyini bərpa edəndən sonra1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan müstəqil həyat yaşayır.
Tədbir iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videomaterialı izləyiblər.






Xəbərin mətnində orfoqrafik səhv var