REGİONLAR


Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub

Bərdə, 14 iyun, AZƏRTAC

1993-cü il iyunun 15-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlığa və siyasi sabitliyə nail olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən konfransda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

YAP rayon təşkilatında davam edən tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb, o zaman ölkədə baş verən hadisələri bir daha xatırladıb.

Konfransda rayon prokuroru Fəxrəddin Məmmədov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Şəbnəm Hüseynova, Bərdə Regional “ASAN Xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubov və başqaları çıxış edərək 1990-cı illərdə respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil edib, Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş müharibəsinə son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsinin aradan qaldırıldığını bildiriblər.

Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini möhkəmləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.