REGİONLAR


Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir

Şəmkir, 12 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Şəmkirdə ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub.

Sonra icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri, on minlərlə şəmkirli abidənin önünə gül dəstələri düzüblər.

Anım mərasimində iştirak edən ziyalılar, rayon sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynayıb. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz Ulu Öndərə borcludur.

O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması üçün qlobal işlər görüb. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.