SİYASƏT


Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi

Bakı, 14 iyun, AZƏRTAC

Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi. Ötən illər ərzində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəliləyən Azərbaycan bu gün regionun ən güclü dövlətlərindən biridir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev söyləyib.

YAP rayon təşkilatının sədri deyib: Hamıya bəlli olduğu kimi 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilib. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etsə də, Ermənistanın işğalçılıq siyasəti ölkəmizdə vəziyyəti gərginləşdirmişdir. Azərbaycanda vətəndaş müharibəsi və dövlətin parçalanmaq təhlükəsi yaranmış, ölkəni xaos, özbaşınalıq bürümüş, Gəncədə qiyam qaldırılmış və bu qiyamın dalğaları getdikcə Bakı şəhərinə doğru irəliləməkdə davam edirdi. Belə ağır bir dövrdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı ağır təhlükələrdən xilas etdi. Beləliklə ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə və xalqına olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. 1994-cü ildə Azərbaycan atəşkəsə nail oldu, Konstitusiyaya, bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edildi, məhkəmə hüquq islahatları həyata keçirildi. Müstəqil Azərbaycan müdrik dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoydu və nəhəng dövlət quruculuğu işlərinə başladı, qısa zamanda ölkəmizin sorağı beynəlxalq kürsülərdən gəldi, Azərbaycan öz sərvətlərinin sahibi oldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizin təhlükəsizliyinin təmin olunmasında, xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrildi.

Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın böyük rəğbət bəslədiyi bir dövlətdir. Buna görə də biz hamımız Azərbaycan dövlətinin vətəndaşı olaraq ailəmizdə, evimizdə uşaqlarımızı Vətənə, xalqa, millətə və ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə etməli, milli irsimizi ləyaqətlə qoruyub saxlamalı, müstəqilliyimizi qoruyub saxlamalı və Prezidentimizə dəstək olmalıyıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.