İQTİSADİYYAT


Heydər Əsədov: Azərbaycan bəzi məhsulları Çinə daha ucuz ixrac edə bilər

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əsas problem ixrac potensialının artırılmasıdır. Hazırda Çin ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində münasibətlər yüksələn xətlə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində idxal cəmi 8 milyon, ixrac isə 2 milyon ABŞ dollarından artıq olmayıb. Nazir deyib: “Bu gün mövcud sahədə əsas məsələ ixrac potensialını artırmaq problemidir. Artıq ixracı artırmaq üçün böyük potensialımız var. Çinə yun, meyvə, şərab məhsullarını 2-2,8 dəfə daha ucuz ixrac edə bilərik. Bundan sonrakı danışıqlarda əsasən bu məsələlər yer tutacaq. Kənd təsərrüfatı sahəsinin İKT avadanlığı ilə təmin edilməsi iqtisadi-siyasi münasibətləri özündə əks etdirməklə yanaşı, müvafiq sahə üzrə bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.