CƏMİYYƏT


“Heydər zirvəsi”nə kütləvi yürüş mütəşəkkilliklə başa çatıb

Bakı, 11 may, AZƏRTAC

Ümummilli lider, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş kütləvi yürüş uğurla başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 6-dan başlayaraq qruplara bölünmüş iştirakçılar təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş ediblər. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3 min 751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Xalqın ziyarətgahına çevrilmiş “Heydər zirvəsi”nə Azərbaycanın bütün bölgələrindən çoxlu sayda insan qalxaraq dünya şöhrətli şəxsiyyətə olan sevgi və ehtiramlarını bu möhtəşəm yürüşə qoşulmaqla ifadə edib.

Xatırladaq ki, “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşün iştirakçıları may ayının 10-dək Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.