CƏMİYYƏT


Həyəcanı və depressiyanı aradan qaldırmağa kömək edən çay

Bakı, 20 fevral, AZƏRTAC

Həyəcanlılıq və depressiya milyonlarla insana əzab verən psixi sağlamlığın ən çox yayılmış problemlərindən hesab olunur. Alimlərin fikrincə, rozmarinlə dəmlənmiş çay bu cəhətdən daha faydalı ola bilər. Bəzi tədqiqatçılar rozmarinlə dəmlənmiş çayı içmək və ya bu bitkinin komponentlərini buruna çəkməyin əhval-ruhiyyəni yüksəltdiyi və yaddaşı möhkəmləndirdiyi qənaətindədirlər. Tədqiqat işinin nəticələri barədə “Journal of the American College of Nutrition” jurnalında dərc olunmuş materialda rozmarinli çayın həyəcan və depressiya kimi problemlərə qarşı mübarizədə faydalı olması vurğulanır.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, rozmarinlə dəmlənmiş çay, psixi pozuntular zamanı antidepressiv və sakitləşdirici təsir göstərir.

“Complementary Therapies in Clinical Practices” jurnalının dərc etdiyi digər bir materialda bildirilir ki, 500 milliqram rozmarinin bir ay müddətində gündə iki dəfə qəbul edilməsi həyəcanı azaldır, yaddaşı möhkəmləndirir və yuxunun keyfiyyətini yüksəldir. Rozmarin sağlamlıq üçün faydalı xüsusiyyətlərə malikdir.

Rozmarinli çayın tərkibində infeksiyadan qoruyan anti-iltihab və anti-mikrob antioksidanlar var. Bu çay qanda şəkərin səviyyəsini tənzimləyir, beyini qocalmaqdan, neyrodegenerativ xəstəliklərdən , gözləri isə yaşla bağlı olan sarı ləkənin degenerasiyası kimi xəstəliklərdən qoruyur. Rozmarinli çay bağırsaqların sağlam qalmasına imkan yaradır, iltihabı azaldır, həzmi gücləndirir, həm də ürək-damar xəstəlikləri riskini azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.