CƏMİYYƏT


Həyətində çətənə bitkisi yetişdirən Yevlax rayon sakini saxlanılıb

Bakı, 2 avqust, AZƏRTAC

Həyətində çətənə bitkisi yetişdirən Yevlax rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Namiq Kərimov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 13 kiloqrama yaxın olan 31 ədəd çətənə bitkisi, eləcə də 1 kiloqram 850 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı N.Kərimov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.