REGİONLAR
Həyətində çətənə bitkisi yetişdirən Yevlax sakini saxlanılıb VİDEO
Yevlax, 18 avqust, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 3 metrədək olan 13 çətənə bitkisi, eləcə də 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]