REGİONLAR


Həyətində çətənə kolları becərən Cəlilabad sakini saxlanılıb

Cəlilabad, 10 iyun, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Qaraşov saxlanılıb.

Saxlanılan şəxsin Cəlilabad rayonunun Şıxlar kəndində yaşadığı evin həyətində xüsusi olaraq hasara aldığı ərazidə kultivasiya yolu ilə becərdiyi 436 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.