CƏMİYYƏT


Heyvan sağlamlığı sahəsində İtaliyanın müvafiq qurumu ilə əməkdaşlıq haqqında sənəd imzalanıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliyanın Eksperimental Zooprofilaktik Abruzzo və Molise “Giuseppe Caporale” İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, memoranduma əsasən, iki qurum arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumun əsas məqsədi heyvan sağlamlığının və rifahının təmin olunması, insan və heyvan sağlamlığına təhlükə yarada bilən zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinə dair məlumatların mübadiləsi, qarşılıqlı maraq kəsb edən problemlərin araşdırılması və tədqiqi sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir. Heyvan mənşəli qida məhsullarının keyfiyyət və təhlükəsizliyi üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətlərinin beynəlxalq tələblərə uyğun olaraq həyata keçirilməsi, kadrların praktik bacarıqlarının inkişafı və səriştəliliyinin yüksəldilməsi istiqamətində də təcrübə mübadiləsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.