REGİONLAR


Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir

Lənkəran, 26 yanvar, Bağır Əliyev, AZƏRTAC

Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıqla dolu həyat yolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev-muzeyində görkəmli sərkərdənin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Toplantıda çıxış edən mərkəzin direktoru Reyhanə Sadıxova qəhrəmanın şərəfli və mənalı həyat yolundan, döyüş zamanı göstərdiyi şücaətindən danışıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev general Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu gün bu diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bunun bariz nümunəsidir. Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir.

Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin direktoru Aqil Sadiyev, Həzi Aslanov ev-muzeyinin baş mühafizi Həcər Nəsirova çıxışlarında belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirin sonunda Həzi Aslanovun şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.