CƏMİYYƏT


Hicran Hüseynova: Azərbaycanda qadınlar arasında sahibkarlıq sahəsinə maraq geniş yayılıb

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanda qadınlar arasında sahibkarlıq sahəsinə maraq geniş yayılıb. Ölkəmizdə sahibkarlıq sahəsinə dövlət səviyyəsində çox böyük diqqət var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri ailələrdə zorakılığın və erkən nikahların tamamilə aradan qaldırılması üçün qadınların cəmiyyətdə fəaliyyətinin daha da artırılmasının önəmini qeyd edib. Əlavə edib ki, bunun üçün dövlət bir çox layihələr həyata keçirir. Məqsəd ailələrdə qadının nüfuzunu və statusunu artırmaqdır.

Hicran Hüseynova vurğulayıb ki, bu gün ölkəmizdə sahibkarlıq inkişaf edir. Azərbaycan qadınları da bu inkişafdan geri qalmamalıdırlar. Bunun üçün sahibkar qadınlara dövlət tərəfindən dəstək verilir. O, Qadın Resurs mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, məqsəd qadınların iqtisadi səlahiyyətlərinin artırılması istiqamətində mərkəzlərə xeyli sayda qadının cəlb olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.