SİYASƏT
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
Bakı, 4 mart, AZƏRTAC
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaq və beləliklə, gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət və qayğı göstərilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə komitənin sədri Hicran Hüseynova komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri diqqətə çatdırıb ki, gender bərabərliyinin təmin edilməsinə nəzarət mühüm əhəmiyyət kəsb edir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun ölkəmizdə gender bərabərliyi sahəsindəki məsələləri tənzimləyir.