İDMAN


Hidayət Heydərov: Bakıda keçirilən dünya çempionatında medal qazandığım üçün çox sevinirəm

Bakı, 22 sentyabr, AZƏRTAC

Bu mənim cüdo üzrə böyüklər arasında dünya çempionatında ilk medalımdır. Yarımfinalda rəqibim dünya çempionu Soiçi Haşimoto idi. Təəssüf ki, güclü yaponiyalı idmançı məndən üstün oldu.

Prezidentimiz İlham Əliyevin yarışı izləməsi mənə əlavə qüvvə verdi. Bürünc medal uğrunda mübarizədə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gəldim. Bakıda medal qazandığım üçün çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı Hidayət Heydərov deyib.

Yarımfinalda məğlubiyyətinin səbəbləri barədə danışan cüdoçumuz qeyd edib ki, rəqibi yarışlara yaxşı hazırlaşmışdı. “Mən isə gərgin keçən görüşün sonunda artıq yorulmuşdum”, - deyə Hidayət Heydərov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.