İDMAN


Hidayət Heydərov Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində finala qədər uğurla irəliləyən idmançımız həlledici mərhələdə moldovalı cüdoçu Viktor Sterpu ilə qarşılaşmanı qalib başa vurub.

Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.