Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Hidayət və nəsrin poetikası

Hidayət və nəsrin poetikası

Bakı, 19 avqust, AZƏRTAC

Hidayətin poetikasında psixoloji proses bütün mürəkkəbliyi və axıcılığı ilə birbaşa diqqəti çəkir. O prosesdə təkrar istehsal elementləri yoxdur. Yaradılan səhnələr əsasən personajın intellektual və əxlaqi fəaliyyətinin nəticələrini göstərir.

Həmin göstərici mənəvi həyatın bilavasitə təsvirinə diqqət yetirərək insanın daxili aləminin bucaqlarını, həqiqət axtarışında olan ruhun sevinc və kədərini işıqlandırır. Bu, yazıçının zərif taktikasından daha çox fərdi düşüncəsi, həyata baxış effekti kimi də görünür və qəbul edilir.

Bu sözlər filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızının) görkəmli yazıçı-publisist, şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” povesti barədə yazdığı “Hidayət və nəsrin poetikası” resenziyasında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Tərəddüdsüz deyə bilərik ki, ki, müəllifin 39 yaşında yazdığı “Ömürdən uzun gecə” povesti Hidayətin ədəbi taleyini həll edə bilərdi. Bu hüququ yazıçıya yazdığı povestin ancaq sintaksis konstruksiyasının mükəmməlliyi deyil, onun təsvir etdiyi, ömürdən uzun keçən bircə gecə hadisəsinin dinamikasında öz məxsusi yeri olan insanların interpretasiyası verib. O dinamika isə nəfəs kəsəcək ritmi ilə lap əvvəldən oxucusunu öz orbitinə salır və cəmi-cümlətanı 5-6 saat çəkən hadisənin müşahidəçisinə deyil, iştirakçısına çevirir. Nəticədə kiliddə “açarın ehmalca hərlənməsi ilə” başlayan əhvalatın dramatizmi povestin süjet xəttini tamamlayacaq, hadisələrin axarına qoşulub getməkdən başqa yolu qalmayan insanların yol yoldaşına çevriləcək.

Hidayətin poetikasında psixoloji proses bütün mürəkkəbliyi və axıcılığı ilə birbaşa diqqəti çəkir. O prosesdə təkrar istehsal elementləri yoxdur. Yaradılan səhnələr əsasən personajın intellektual və əxlaqi fəaliyyətinin nəticələrini göstərir.

Həmin göstərici mənəvi həyatın bilavasitə təsvirinə diqqət yetirərək insanın daxili aləminin bucaqlarını, həqiqət axtarışında olan ruhun sevinc və kədərini işıqlandırır. Bu, yazıçının zərif taktikasından daha çox fərdi düşüncəsi, həyata baxış effekti kimi də görünür və qəbul edilir. Müəllifin daha sadə yol kimi seçərək tətbiq etdiyi bu cəhət onun nəinki personajlarının, ümumilikdə, həmin personajların aid olduğu makro və mikromühiti canlandıra bilir. Buna görədir ki, insan onun tərəfindən həyatının ən mühüm və həlledici məqamında, hisslərin və düşüncələrin son dərəcə kəskinləşdiyi, açıq-aşkar göründüyü vaxtda təsvir olunur. Bu anda o, parlaq işıq şüasını istiqamətləndirir, qalan hər şey kölgəyə doğru hərəkət edir. O, mikroskopla əlaqə saxlamır, gözü lazımi məsafədə qalır; beləliklə, pozulmayan nisbətlər aydın görünür.

Onu qeyd etməyi vacib sayırıq ki, Hidayətin dramatik əsərlərində, povest və romanlarında açıq-aydın görünən alt mətn ustalıqla təqdim edilir.

“Ömürdən uzun gecə” qəhrəmanının qapı kilidinin açılması ilə başlayan (əslində, söhbət baş qəhrəman təsnifatından getmir, bu əsərdə, ümumiyyətlə, epizodik surət gözə dəymir, hər biri öz yaşantıları ilə oxucunun yaddaşında birdəfəlik qalır) hadisələrin ilk addımındaca gecənin bir yarısı Təvəkkül Kərimlinin mənzilinə daxil oluruq. Yaxşı ki, bu, “qlfılların hamısının kilidlənməməsi”, “içəri tərəfdəki zırpı dəmir arxalığın salınmaması” şansı üzündən yüngül baş verir. Bunlar olmasaydı, Təvəkkül Kərimli “qapının zəngini uzun-uzadı basmalı idi, arvadı hannan-hana yaxınlaşmalı, deyinə-deyinə qapını açmalı idi”. Qədəmimizi astanadan bircə addım içəri atmağımızla Təvəkkül Kərimli ilə ilkin tanışlığımız başlayır. Müəllifin özünəməxsus təhkiyə dili ilə onun ətrafında olan, fərqi yoxdur, evdə, yaxud işdə, çeşid-çeşid ölkələrdə, müxtəlif dil və din, mədəniyyət daşıyıcıları olsalar da, ancaq insana aid ola biləcək duyğu və arzularla yaşayan qəhrəmanlarının qalereyası ilə nəfəs-nəfəsə qalırıq. İçəri girən kimi birinci eşidəcəyimiz sözlər isə “Eşiyim özgələri yandırır, içim özümü. Görən də deyir, nə bəxtəvərdir. Daş düşəydi Dilaranın ad gününə...”- olacaqdı, lakin kilidlənməmiş qıfıllar bizi bu ağırlıqdan qurtarır və ona görə də zahirən bəxtəvər görünən, əslində, özünü tapa bilməyən bir qadının deyintilərini eşitmək gərginliyindən xilas oluruq.

Beləcə də qarşımızda bəşəriyyət üçün təzə olmayan “insan və cəmiyyət” dramının yeni mənzərələri açılır. Onu yada salaq ki, bu dram insanın sosiallaşmaq zərurətinin qaçılmaz olduğu məqamlardan bəri yaranıb. Təhtəlşüurumuzda öz yuvasını qurmuş hisslərə adekvat olan və olmayan hansı məqamlardasa hər bir insanın həmin dramın personajına çevrilməməsi mümkünsüzdür.

Bu, ona görə mümkünsüz olur ki, insan mahiyyəti ilə sosialdır, o, yaranışından cəmiyyət üçündür və hələ ana bətnində olarkən öz ətraf mühiti, bətnində olduğu anasının reaksiyaları şəxsində “o ətraf mühitin” mənfi və ya müsbət enerjilərini hiss edir, bir sözlə, cəmiyyətə ilkin adaptasiyasını başlayır. Bu başlanğıc o vaxta qədər davam edə bilir ki, individuum olan insanın içində hansı məqamlardasa ətraf mühitə korreksiya cəhdləri baş qaldırır. O cəhdlər mahiyyəti azadlıq olan insanın xarakterindən yaranır və baş qaldıran həmin cəhd hissindən sonra onun şəxsi taleyinin yönü müəyyənləşir. Hidayətin təqdim etdiyi, personajlarının psixoloji durumları ilə həmahəng olan o dramatik məqamların necə inkişaf etdiyini isə Təvəkkül Kərimlinin şəxsində görürük. Həmin məqamların zaman və coğrafi müxtəlifliyi isə diapazon genişliyi üçün insanları necə varsa o cür tanımaq, qəbul etmək fürsəti verir.

Yeri gəlmişkən, Hidayət bütün bu “xoşbəxtlik və bədbəxtliklərin” görünən və görünməyən “sərhədlərini” incə maneralarla təqdim edir, hansı məqamdasa hadisələrin inkişaf edən süjet xəttinin cazibəsindən ayrılan oxucu dilemma qarşısında qalır.

Hidayətin povestində həyatda gördüyümüz insanlar öz xarakter və duyğuları, “xoşbəxtlik” və “bədbəxtlikləri” ilə bu cür qarşımıza çıxırlar.

Beləcə, ən kiçik söz və ifadədən tutmuş, obrazların qarşılıqlı əlaqəsi, xarakterlərinin yaratdığı hadisələrin axarı ilə gedirik. Süjetin mərhələ-mərhələ inkişafı, mövzunun dərinliklərinə gedən tədrici müdaxilələr oxucunu əsərin zavyaskasına çəkir. Bu gəliş isə o qədər təbii və həyatidir ki, istər-istəməz Leonid Qrossmanın, məşhur ədəbiyyatşünas və tənqidçinin Fyodor Dostoyevskidən tez-tez gətirdiyi sitatların birini yadımıza salır: "Heç vaxt özünüzdən nə fabula uydurun, nə də intriqa. Həyat bizim uydurmalarımızdan qat-qat zəngindir. Bəzən ən adi, gözə çarpmayan həyatın verdiyi şeyi Sizin üçün heç bir təxəyyül uydura bilməz”.

“Ömürdən uzun gecə” də belədir, “həyatın içindəki hadisələr”in özü ilə gətirdiyi, “təxəyyülün uydura bilmədiyi” insanlar və hadisələr oxucuya o qədər məhrəm gəlir ki, o, qeyri-iradi olaraq onların hər birinin hisslərinin yaratdığı emosiyanın daşıyıcısına çevrilir.

Gecənin bir yarısı gələn zəngin yaratdığı ovqat kimi: “Zəng çalan susmuşdu, uzaqlardan nə isə qarışıq səslər eşidilirdi: kədərli, həzin...

-Bəli...

Ümidsiz dilləndi, sanki müqəssir stulunda oturub başını aşağı salmışdı.

-Qardaş, bacın boyuna qurban, qorxma, amma tez gəl.

Bu səs yaxından gəlirdi və uzaqdakı o qarışıq, kədərli, həzin səsləri batırırdı.

-Qardaş...

Yaxındakı səs hıçqırığını zorla boğurdu, sonra uzaqdan dəhşətli hönkürtü eşidilirdi, elə dəhşətli idi ki, yaxındakı adam danışsaydı da eşidilməzdi”.

Gecəyarısı, hər vaxt gözlədiyi, lakin hər vaxt gözlənilməsinə baxmayaraq naqafil gələn zəng- çağırışın arxasınca payi-piyada yollanan Təvəkkül Kərimli “uzun-uzadı, sahil parkının yaşıllığı, çiçəkləri arasıyla uzanan” yola çıxır. Yol onu bu dünyada hamıdan yaxşı tanıyan və hamıdan çox, bəlkə Təvəkkül Kərimlinin özündən də çox onu istəyən, sevən bir kişinin son görüşünə aparır, ancaq Tahir Kərimli bunun fərqində deyil. Biz isə Təvəkkül Kərimlinin, “bu boyda şəhərin yiyəsi olan” adamın yadına düşən xatirələrin, istisi keçməyən, közü heç vaxt öləziməyəcək xatirələrin izi ilə qarabaqara yola düşürük. İndi onun, bacısının naqafil zəngi ilə heç bir maşın-filan çağırmadan piyada gedən kişinin yollarının başlanğıcına qədər gedib çıxmağımız mümkün olacaq. Hələlik isə bacısının söylədiyi, “boyuna qurban, qardaş, qorxma”- deyərək çatdıra bilmədiyi xəbərin ardınca gedən Təvəkkül Kərimli atası ilə öz arasında çoxdan olmuş dialoqu yadına salır:

“- Təvəkkül, çoxdandır yolum düşməyib Zəngəzura, burnumun ucu göynəyir, oradan yana...

- Gördüyün Zəngəzurdur... Gəl, putyovka düzəldim, get Kislovodskə”.

Atası Kislovodsk-filan istəmir, onu “Gorus dərəsinə enəndə”, qayanın qoynunda bitmiş tənha palıdı görmək min dənə Kislovodskdən daha artıq düşündürür. Oğul isə onu bilmir və bilmədiyi, yoxsa söhbətin məcrasını dəyişmək istədiyi üçün “Bir az sonra başlayacaqsan çınqılları soruşmağa”- deyir. Ata oğlunun “çınqıl soruşmaqla” bağlı atmacasından tutulmur, bütün namuslu insanlar kimi, gördüyü hansısa işin əhəmiyyətindən də danışmır, sadəcə olaraq, qayalıqların yanındakı ağaca olan bağlantısı barədə iki-üç kəlmə deməklə kifayətlənir: “O palıdı mən əkmişəm. Min-min adam onun kölgəsində sərinləyib, atama rəhmət oxuyub. Həmən qayanın, həmən palıdın altında, yolun qırağında bir çeşmə də var...”.

Yoluzunu, gecənin qaranlığında atası ilə sonuncu görüşə gedən Təvəkkül Kərimli o söhbətləri xatırlayır, lakin xatırladığı söhbətlərin, tərs kimi, heç biri onun ürəyinə təskinlik gətirmir. İndi, bu gecəyarısı, payi-piyada getdiyi yolda Təvəkkül Kərimli, “bu boyda şəhərin yiyəsi”, atası ilə çoxdan olmuş bu söhbəti xatırladıqca hamının “çox böyük adam” kimi qəbul edərək əksəriyyətin ehtiram göstərdiyi şəxs özünü saxlaya bilmir: “Öz səsini eşidəndə iyrəndi, əti ürpəşdi, söyüş bilmirdi, yoxsa...”.

Bu, indiyəcən cəmiyyətdə “nümunəvi ailə başçısının, işində uğurlu karyera qazanmış insanın” gəldiyi yolların hansı məqamındasa özünə verdiyi sual və həmin sualın cavabıdırmı..? Bu, insan ömrünün bir vaxtına qədər içində baş qaldıran, amma məntiqin sərrast özünəbəraəti qarşısında geri çəkilən, hansı zamandansa yığılmış və artıq heç bir arqumentlə razılaşmayan həyat gerçəkliyinin etiraf formasıdırmı? Bəlkə də qədim yunan müdrikinin, Aristotelin adını çəkdiyi əzablar və həmin əzabların od-alovunda qarsımış vicdanın katarsis anı, yoxsa Lessinqin təbirincə desək, affekt vəziyyətində olan şəxsin mənəvi təmizlənmə məqamlarıdır? Ədəbi tənqidçilərin, nə cür adlandırmalarından asılı olmayaraq, povestin oxucusu üçün bu, Təvəkkül Kərimlinin Həqiqət anıdır.

Onun dramlarında davam etdirilən bu ikinci, gizli psixoloji fəaliyyət planı dilə gətirilməyən “hisslərin titrəməsini” canlandırmaqdan əlavə, sadə insanın mənəvi gücünün, gözəlliyinin aydın hiss olunduğu lirik situasiya yaradır. Ən fərqli "daxili hərəkət" sevginin doğulması və inkişafında tapılır. O, gizli "xoşbəxtlik ləzzətində", zehni narahatçılıqda sözlərin və əməllərin arxasında təxmin edilir. Burada genetik və yaxud hissi bağlılığın heç bir rol oynamadığını müşahidə etmək mümkündür. Kərimlinin təmasda olduğu bütün insanlara baxışlarını müəyyənləşdirən başlıca hərəkətverici qüvvənin də onun mənəvi dünyasında buna görə axtarırıq.

Onun sənəti buna görədir ki, yazıçıdan daha çox heykəltəraşın, rəssam və ya bəstəkarın sənətinə bənzəyir. O, daha çox rəngə, daha dərin perspektivə, işıq və kölgələrin daha müxtəlif növbələşməsinə, insanın mənəvi tərəfinin təsvirində daha dolğunluğa malikdir.

Hidayətin personajları qarşımızda o qədər canlı və konkret dayanır ki, küçədə rastlaşanda adam onları tanıyır; onun personajları elə təəssürat yaradır ki, sanki qarşınızda onların daxili varlığının bütün sirlərini açan səmimi etirafları və şəxsi yazışmaları var.

Bu xüsuslar “ömürdən uzun gecə”də, Kərimlinin şəxsində daha qabarıqdır.

Bu andan sonra atasını genetik bağlı olduğu bir şəxs kimi deyil, elə-belə, taleyinə məsul olduğu şəhərin adi sakini kimi xatırlamağa çalışan Təvəkkül onunla söhbətlərini, təmaslarını gözünün önünə gətirir. Burada, yaşadığı şəhərdə belə, “Zəngəzurda, Gorus dərəsinə enən yolda, qayaların böyründə” palıd əkmiş və onun kölgəsində dincələn insanların tapdığı rahatlıqdan zövq alan Kişinin lap ata kimi, hansısa təmənnasını xatırlaya bilmir. Heç hansısa umu-küsüsü də yadına düşmür onun. Təvəkkül onu da xatırlayır, atasının aradabir, park gəzintisi zamanı, elə-belə, Kərimlinin rəhbərlik etdiyi “çox böyük təşkilatın” böyründən keçərkən ayaq saxlayaraq artıq çoxdan dostlaşdığı adamlarla söhbətləri yadına düşür. Bunları atası, deyəsən, axırıncı görüşlərinin birində özünü saxlaya bilməmiş, oğluna demişdi. Onu da demişdi ki, söhbəti başlayır, onlarla gəldən-getdən danışır, sözləri oğlunun üstünə gətirir, amma bircə dəfə də Kərimlinin atası olduğunu söyləmir. Sadəcə olaraq, bilmək istəyib ki, oğlu necə rəhbərdir. Təvəkkül atasının onlara verdiyi, oğluna isə lap bu yaxınlarda danışdığı söhbətlərdən onun həmsöhbətlərinə verdiyi sualların da bəzilərini yadına salır: “Necə insandır? Xasiyyəti... Camaat adamıdır, yoxsa..?”. Onu əkdiyi ağaclar kimi, yetirdiyi övladlardan ən çox güvəndiyi oğlunun “nə qədər xalq adamı olması” maraqlandırırmış. Bunlar gəlir Təvəkkül Kərimlinin gözünün qabağına və bir də “son altı ayda hər yerdə olan”, Hindistan, İndoneziya, İtaliya, Avstraliya, daha hansı ölkələrə gedən oğulun bu müddətdə bircə atasına baş çəkməməyini də indi xatırlayır. Bir də atasının nə zamansa, onun “rəhbərlik etdiyi o böyük təşkilatın” yanından keçərkən orada həmsöhbət olduğu insanlardan birini, Kərimlinin rəhbərlik etdiyi təşkilatda süpürgəçi işləyən, zirzəmidə yaşayan, son ümid yeri kimi ona üz tutub yanına gələn qadını xatırlayır. Xatırlayan kimi də Kərimli atasının xahiş etmədiyi, guya ki, elə-belə dediyi, amma “bu elə-belə”nin içində “Ay oğul, sənə söz gəlmirsə, o arvada kömək edəydin, yazıqdır”, - demək istədiyini xatırlayır.

Xatırlanmalı çox şeylər vardı...

Biri Səlbi, doğma bacısı. Bu, o bacıdır ki, anasının ölümündən sonra ancaq atasını tək qoymamaq üçün istəyənləri başına dolansa da, ərə getmədi. Elə onun, Təvəkkülün özü Moskvaya, akademiyaya ikinci xüsusi təhsil almaq üçün yollananda institutda işləyən Səlbi qardaşının korluq çəkməməsi, “dost-düşmən yanında şax dayanması üçün” evdə makinaçılıq etmirdimi? Lap günü bu gün, Təvəkkül Kərimlinin əlinin bircə işarəsi ilə kralların sevdiyi paltar brendlərini gətirmək üçün az qala növbə tutan adamların olmasına baxmayaraq, qardaşına görə, “ona yaraşan” müxtəlif pal-paltarlar, ayaqqabılar, ətirlər, daha nələr və nələr alan, aldığı nəfəsi belə, qardaşı üçün verməyə hazır olan bacısının taleyi ilə maraqlanıbmı...?

Bütün deyilənlərdən Hidayət nəsrinin özünəməxsus orijinal xüsusiyyəti belə təqdim olunur: xarici aləmdə və personajların təcrübələrində dəyişkən, ani əlamətlərin bərpası, canlı həyatın dolğunluğunu və axıcılığını sadə dillərlə çatdırmağa imkan verən texnikalar.

Hidayət incə seçilmiş xarakterik detallarla bu və ya digər obyektin necə dəyişdiyini, süjet situasiyasının necə inkişaf etdiyini, bütöv bir insanın ani çevrilməsinin necə baş verdiyini göstərir. Buna görədir ki, onun ”Ömürdən uzun gecə”sində oxucunu dramatatizmə çəkən və apardığı yolda zərrə qədər darıxmağa macal verməyən və Təvəkkül Kərimli üçün artıq adiləşən gündəlik həyat qrafiki bir insanın daxili aləmini açmaq üçün kifayət edir.

Hidayət üçün əsas və bəlkə də yeganə məqsəd insanın daxili həyatının dəqiq təsviridir. Bir rəssam kimi o, təkcə ətraf mühitin həlledici təsiri altında deyil, həm də personajların kifayət qədər sabit olan müstəqil daxili inkişafı, onların mənəvi axtarışları, düşüncələri nəticəsində xarakter hərəkətinin təfərrüatlarına marağı ilə seçilir. Buna görədir ki, onun insan şəxsiyyətinə çoxqatlı (sosial cəhətdən biristiqamətli deyil) inkişaf kimi baxması bizə yazıçı psixologizminin unikallığını başa düşmək və izah etmək üçün açar verir. Bu, istənilən cəmiyyətdə ən çox yayılmış iki təbəqə- mürəkkəb insan tərbiyəsi və təbii sosial-tarixin kilidlənmiş qıfılı üçün təqdim olunan açardır. Onu təbiətin irrasional dərin qüvvələrinə, onların insanın taleyinə izaholunmaz sirli təsirinə, insan psixikasını bütün təfərrüatlar və incə hərəkətlərdə tədqiq edə bilməyə kömək edəcək yolu göstərən lövhə də adlandırmaq olar. Hidayət üçün sirli, tamamilə naməlum olanı dəqiq bir sözlə göstərmək olmaz. Ona görə də yazıçı çox vaxt psixoloji prosesləri deyil, onların mənşəyini, inkişafını və həmin inkişafın əlamətlərini göstərməklə kifayətlənir.

Hidayət psixologizminin başqa bir səciyyəvi xüsusiyyəti bütün yaradıcılıq yolu üçün səciyyəvi olan cəhət Azərbaycan xalqında nəcib keyfiyyətlərin inkişaf etdirilməsi üçün davamlı axtarışda olmasıdır. O, nəinki insanlarda onları məişət nəsrindən yuxarı qaldıran, insani ümumbəşəri ideallara yaxınlaşdıran bir şey axtarır, üstəlik, öz müasirlərini və sonra gələcək nəsilləri də bu axtarışlar üçün səfərbər edir.

Təvəkkül Kərimlinin diqqəti ancaq ona tapşırılan vəzifənin öhdəsindən gəlməyə yönəlib. Bunu atası da bilib; bilib, amma üstünü vurmayıb, “oğlum ürəyinə salar”- deyə, bacısının yükünü ona qıymayıb, özü çəkməyə çalışıb. İndi ağlına gəlir ki, arvadı niyə axşamlar onu deyinə-deyinə qarşılayır, səhərlər də elə deyinə-deyinə işə yola salır.

Kim qaldı ki... Dostlar...? Onlarla da sonuncu dəfə nə vaxt yığışdığı yadında deyil. Dost demiş, Təvəkkül Kərimlinin həmin gecə, in-cinin belə, küçədə olmadığı bir vaxtda, “birinci sinifdən onuncuyadək” onun sinif yoldaşı olmuş Zıpo Salmana rast gəlməsi də qətiyyən göydəndüşmə olmur. Hidayətin yaratdığı süjet xəttinin kompozisiyası o qədər ustalıqla qurulur, onun təhkiyə dili hadisələri o dərəcədə koloritli təqdim edir ki, oxucu onun yaratdığı konfiqurasiyasının tərkib hissəsinə çevrilir. Hidayətin yazı üslubunun, təhkiyəsinin sehri ilə personajların birindən o birisinə necə keçdiyinin belə, fərqində olmursan. İndi budur, aldığı “Zaporojest” avtomobili ilə birlikdə özünə ləqəb də “götürmüş” Zıpo Salman bu gecənin yarısında maşınına əl edən bir nəfərin, Təvəkkül Kərimlinin yanında dayanır. Zıpo Salman, əlbəttə, sinif yoldaşını, ölkədə tanınan, özünün də yaşadığı şəhərin rəhbərini gecənin bu vaxtında, yolun kənarında maşın axtararkən görməyinə heyrətlənsə də, məmnunluğunu gizlədə bilmir, onun hara getdiyini biləndə isə yorğunluğuna baxmayaraq “getdik”, - deyir. Hidayətin bir şəhərdə yaşamalarına, sinif yoldaşı, dost olmalarına baxmayaraq, tamam ayrı-ayrı adamları, Təvəkkül Kəngərli ilə Zıpo Salmanı görüşdürməsi səhnəsi povestin razvyazkası sayıla bilər. Bu, baxışlarından doğan müxtəlif həyat tərzini seçmiş insanlardır. Baxmayaraq ki, hər ikisinin boy atdığı mikromühit, sosial mənsubiyyət eynidir. Kankan kimi çalışan Salman səmimiyyətlə aralarında bir neçə il əvvəl olmuş söhbəti xatırladaraq o söhbətdən sonra gördüyü işdən danışır: “Axırı, şəhərdə bir kəhriz vurdum da. Bütün Sarıtəpə yamyaşıl olub. Göz yaşı kimi təmiz sudur, həm içməli, həm də... əməlli-başlı arxdır. Sağ ol, deyəsən, Vəliyevin dərsini yaxşı vermişdin!”.

Təvəkkülün yadına düşür ki, Salman sonuncu dəfə onun yanına elə şəhərdə, hara məsləhətdirsə orada kəhriz vurmaq istədiyini, bunun üçün onun şəhər sovetində Vəliyev familiyalı bir şöbə müdirinə tapşırıq verməsini xahiş etmək üçün gəlmişdi. Onu da xatırlayır ki, Salmanın gözündə “Təpəgöz” kimi yenilməz görünən, lakin Təvəkkül Kərimlinin bircə işarəsi ilə bütün karyerası həll oluna biləcək həmin Vəliyevə dostunun xahişi barədə tapşırıq verməmişdi.

“Mən Vəliyevə o barədə heç nə deməmişəm”, - deməsi də dostunu inamından çəkindirmir, “İnanmıram vallah...Yəqin sənin yanına gəldiyimi bilib. İndi təzə kəhrizlər vurmaq üçün ərizə yazmışam”, - söyləyir. Əlbəttə, o, ona görə Salmanın növbəti şad xəbərini cavabsız qoymur ki, uşaqlıq dostunu bir daha şöbə müdiri Vəliyevlə mübarizədə onu taleyin və Vəliyevin öhdəsinə buraxacaq. Təvəkkül uzun illərdən sonra ilk dəfədir ki, özünü təftiş edir və buna görə də dostunun son sözlərini eşitmədiyindən ona nəsə demir. Salman isə sanki həyatında baş verən bircə yeniliyi belə yadından çıxarmaq istəmir və fasilə vermədən onların hamısı barədə dostuna məlumat verir: “Anam xəstədir, Təvəkkül,- Salmanın səsi titrəyirdi,- xəstəxanadan gəlirəm, indicə yuxuya getdi, dedim, gedim uşaqlara baş çəkim. Gündüzlər Firəngiz qalır yanında,- Firəngiz Salmanın arvadıdır,- gecələr mən”.

“Rəhmətlik elə indicə keçindi,- Taksi Volod astaca dilləndi.- Təvəkkülü gözlədi, gözlədi, gəlib çıxmadı. Deyəsən, bir sözü yadından çıxmışdı.

– Səlbiyə dedi, - Qafar kişi pıçıldadı,- bir arvad haqqındaydı, tapşırırdı ki, onun ev işini düzəldəsən. Amma arvadın adı yadından çıxmışdı. Nə biləsən, bəlkə də sayıqlama idi”.

Amma Təvəkkül Kərimli yaxşı bilirdi ki, bu, sayıqlama deyil.

O, bilirdi söhbət kimdən gedir.

O, bunları bilirdi.

O, illərdən bəri onunla nəfəs alan, təkcə var-dövlətini, nələri varsa hamısını, hətta canını belə, ona qurban verməyə hazır olan bir kişinin öz ölümü ilə Ata olaraq sonuncu missiyasını necə yerinə yetirdiyinə də şahid oldu.

Buna görə də mərhumu səssizcə ağlayanların içində Təvəkküldən başqa heç kimin səsi o cür ucadan çıxmır.

Həmin səhnə povestdə bu cür təsvir olunur: “Hamı gözünü quruladı ki, Təvəkkül də ağlamasın, amma yenə hönkürürdü Təvəkkül.

- Qardaş, qurbanın olum, bəsdir daha,- Səlbi özünü təmkinli aparmağa çalışırdı, - təki sən sağ ol, ağlama daha. Nə gələrdi əlimizdən, qocalmışdı atam, nə edə bilərdik?

Susmurdu Təvəkkül”.

O məclisdəkilər, hamı, hətta Səlbi də elə başa düşür ki, Tahir Kərimli atasının ölümünə ağlayır, lakin onun özü niyə ağladığını yaxşı bilirdi.

Bu, onun “o boyda şəhərin yiyəsi olan adamın” təmizlənmə anı idi, atasının ruhu qarşısında tövbə məqamı idi.

Bu, yeni bir insanın doğuşu idi.

İnsanların hər biri dünyaya gələrkən ağlamırlarmı?

Amma o doğuşu orada olan heç kim, heç Səlbi də bilmirdi.

Bilən tək o idi, Təvəkkül Kərimli.

Bu, Hidayətin süjet kompozisiyasıdır və onun düzümü ilə təqdim olunan poetik fiqurların bolluğunu mütəxəssislər daha geniş prizmadan görə bilirlər. Onun poetik fiqurları konkret funksiyaları yerinə yetirir və bu proses o qədər həssaslıqla baş verir ki, Çernışevskinin təbirincə desək, bunu ancaq “diqqətli oxucu” sezə bilir.

Həcminə görə qısa, çox qısa olan bu povest həm də onunla seçilir ki, o, Azərbaycan ədəbiyyatında insanın mövcud mənəvi normalar çərçivəsindən çıxmaq istəyini bərqərar etmək iddiasını gizlətmir. Bir də onun nümunəsidir ki, əsl sənətkar istənilən ictimai-siyasi formasiyada, istənilən ideologiyanın hakim olduğu cəmiyyətdə belə, başlıca vəzifəsini, müasirləri olan gəncliyə və ümumiyyətlə, bütün zamanların gəncliyinə necə yaşamaq lazım olduğunu təlqin edə bilər və etməlidir. Bu, bunun üçün özünü hansısa “dissident obrazına” salmağın da lazım olmadığını göstərən nümunədir.

Ümumiyyətlə, Hidayətin “Ömürdən uzun gecə” povestində nümunə göstəriləcək xeyli məziyyətlər sadalamaq mümkündür. Məsələn, tərəddüdsüz demək olar ki, o, ancaq bu povesti ilə ədəbiyyatda qalmaq haqqı qazana biləcək yazıçılardandır.

Bir əsərlə dünya ədəbiyyatına adlarını əbədi yazdıran yazıçılar kifayət qədərdir. Marqret Mitçellin “Küləklə sovrulanlar”, Harper Linin “Bülbülü öldürmək”, Nikolay Qavriloviç Çernışevskinin “Nə etməli?”si və digər yazıçıların taleyində belə faktlar olub.

Bunları həm də o əminliklə xatırladırıq ki, həmin əsərlər indiyəcən olduğu kimi, indən belə də yüz illərlə insanların ehtiyac duyaraq müraciət edəcəyi, oxuyacağı kitabların sırasında olacağına şübhə yoxdur.

Hidayətin ədəbi taleyindən danışarkən qeyd etməmək olmaz ki, onu ədəbiyyatın əbədi imzalarından biri edəcək əsərləri təkcə azərbaycandilli oxucuların deyil, rus, qırğız, gürcü və digər dillərdə oxuyanların da yaddaşına həkk olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işinə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib