Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 21-ci bəndini rəhbər tutaraq, “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 826-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 482; 2007, № 10, maddə 938; 2017, № 1, maddə 15, № 6, maddə 1015) 23-cü maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Hidrometeorologiya və təbii mühitin monitorinqi işlərinin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin