CƏMİYYƏT


Hikmət Əlizadə: Son illər qanunsuz meşə qırıntısı halları 45 min kubmetr azalıb

Bakı, 15 iyul, AZƏRTAC

Son üç-dörd ildə qanunsuz meşəqırma faktı 55 min kubmetrdən 10 min kubmetrə enib. Bu, o deməkdir ki, qanunsuz meşə qırıntısı halları 45 min kubmetr azalıb. Bu da neçə yüz min ağacın xilası mənasına gəlir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

Xidmət rəisinin sözlərinə görə, bir yandan meşələr uzun illərdir qırılma prosesinə məruz qalır, digər tərəfdən isə görülən işlər öz nəticəsini göstərir və müsbət tendensiya qeydə alınır. O, tənqidçiləri müsbət dinamikanı da nəzərə almağa səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.