Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Babaoğlu: Ermənistandakı hazırkı vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir

Hikmət Babaoğlu: Ermənistandakı hazırkı vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir

Bakı, 21 iyun, AZƏRTAC

Ermənistandakı hazırkı vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir. Ermənistanda seçkilər başa çatdı və Paşinyanın rəhbərlik etdiyi Vətəndaş müqaviləsi partiyası seçicilərin təqribən 54 faizinin səsini qazanmaqla parlamentdə özünə çoxluğu təmin edə bildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, əlbəttə, seçki ərəfəsində və seçkinin gedişi zamanı verilən proqnozlar Paşinyanın partiyasına maksimum 40 faiz səsin verilə biləcəyini göstərirdi. Amma göründüyü kimi, erməni seçicisi proqnozlardan bir qədər fərqli davrandı. Ancaq bu, erməni seçicilərinin 54 faizinin şüurlu seçimi deyildi. Bu, mövcud reallığı dərk edərək ona adekvat reaksiyanın ifadəsi kimi də qiymətləndirilməməlidir. Bu, daha çox psixoloji intuitiv arzunun reallaşdırılması idi. Çünki Ermənistan cəmiyyəti və seçiciləri hələ də mövcud reallığı dərk etməkdən xeyli uzaqdır, ancaq şüuraltı idrakla başa düşürdülər ki, başqa çıxış yolları yoxdur və intuitiv olaraq mövcud reallığı qəbuletmə instinktini siyasi müstəvidə reallaşdırdılar. Çünki bunun əksi, yəni, bu gün seçkinin nəticəsində ortaya çıxan reallığın əksi, Ermənistan üçün vətəndaş müharibəsi, qarşıdurma və yenidən müharibə perspektivlərinin yaranması idi. Bax, erməni seçicisinin psixoloji intuitiv arzusunun reallaşdırılması hadisəsi deyəndə bu, başa düşlməlidir.

Hikmət Babaoğlu qeyd edib ki, əlbəttə, seçkilərin nəticəsi Azərbaycan üçün də maraq doğuran idi. Çünki rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə Azərbaycan əsla və əsla əməkdaşlıq etməyəcəkdir. Elə seçkilərin nəticəsindən də görünən odur ki, yeni formalaşacaq hakimiyyət 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini daha qətiyyətlə icra edə biləcək siyasi iradə nümayiş etdirmək imkanı qazanıb. Çünki üçtərəfli razılaşmanı imzalamış siyasətçinin, yəni, Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlib və yeni koalisiyasız hökumət qurmaqla daha rasional addımlar atmaq imkanına sahib olacaq. Əslində, Ermənistanın siyasi sistemində nəzər salsaq, görərik ki, mövcud gerçəklikdə, mövcud reallığı dərk edərək bundan sonra regionun gələcəyi ilə bağlı müsbət impulslar verə bilən yeganə siyasi partiya elə Paşinyanın partiyası idi və yaxud Paşinyan idi. Doğrudur, onun mövqeyi də bir qədər tərəddüdlü idi, qəti deyildi. Amma buna baxmayaraq, hər halda bilirik ki, Paşinyan 10 noyabr tarixli üçtərəfli razılaşmaya imza atmış baş nazirdir, siyasətçidir. Ona görə Azərbaycanın maraqları kontekstində və bütövlükdə regionun sabitlik arzuları kontekstində bu məsələni qiymətləndirsək, görəcəyik ki, Paşinyanın quracağı hökumət şübhəsiz ki, 2020-ci ildən noyabrın 10-dan sonra formalaşmış yeni reallıq istiqamətində müsbət və rasional addımlar ata biləcək yeganə siyasi partiyadır. Ona görə də Ermənistanda bundan sonra hadisələrin müsbət tendensiyalar üzrə inkişafına dair çox ehtiyatlı nikbin proqnozlar vermək mümkün ola bilər.

“Nəzərə almaq lazımdır ki, seçki öncəsi Ermənistan cəmiyyətinin həddindən artıq qütbləşməsindən söhbət gedirdi. Seçkidən sonra ilk yeri tutan iki partiyanın yenidən seçkilərin ikinci turuna gedə bilməsi ehtimalı proqnozlaşdırılırdı və beləliklə, koalisiyalı hökumət perspektivləri müzakirə olunurdu. Şübhəsiz ki, bütün bunlar ən pis ssenarilər idi. Ancaq Paşinyanın yenidən hakimiyyətə gəlməsi, əslində, köhnə yeninin yenilənməsidir. Yəni, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Ermənistan siyasi sisteminə yeni reallıq gətirməyi bacardı. Bu isə həmin o yeni reallığın köhnəlmiş və yenidən təkrarı deməkdir. Ona görə də əlbəttə ki, hadisələrin bu cür inkişafı bütövlükdə bir qədər tərəddüdlü olsa da, bundan sonrakı mərhələdə regional inteqrasiya, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri və nəhayət Zəngəzur dəhlizinin açılması ilə bağlı hadisələri müsbət istiqamətdə proqnozlaşdırmaq üçün əsaslar verir. Dolayısı ilə əgər bir cümlə ilə ifadə etməyə çalışsaq, belə deyə bilərik ki, ən pis ssenarilər içərisində daha az pis olan bir ssenari gerçəkləşdi. Düşünürəm ki, indiki şərtlər içərisində bundan artığını da gözləmək olmazdı”, - deyən deputat qeyd edib ki, beləliklə, bundan sonra 10 noyabr tarixli üçtərəfli Bəyanatın reallaşdırılması üçün daha qəti addımların atılacağını mümkün hesab etmək olar. Nəzərə almaq lazımdır ki, Ermənistanda artıq nəticəsi bəlli olan 20 iyun tarixli parlament seçkiləri, Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallığın gətirdiyi məcburiyyətdən doğmuşdu. Ona görə də kimin necə qiymətləndirməsindən asılı olmayaraq, Ermənistandakı hazırkı vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib