SİYASƏT


Hikmet Çetin: Dünyada demokratiyanın inkişafı üçün təhsilə daha çox diqqət ayrılmalıdır

Bakı, 18 iyun, AZƏRTAC

Bu gün dünyada demokratiyanın nə qədər populyar və cəlbedici olduğunu görürük. Demokratiyanın inkişafı üçün hökumət təsisatları tərəfindən təhsilə daha çox diqqət ayrılmalıdır. Təhsilin indiki vəziyyəti qaneedici deyil, dünyəvi elmi əsasları olan təhsilə ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin IX Qlobal Bakı Forumu çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, artıq universitet məzunu olmaq kifayət deyil. Gənclər demokratiyanı qurmağa dair təhsil almalıdırlar. Demokratiya bir mədəniyyətdir. Ona görə də demokratik ölkə qurmaq üçün buna söykənən mədəniyyətə sahib olmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.