SİYASƏT


Hikmət Hacıyev: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiya ilə mübarizədə əsl nümunə göstərdi VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təsisatlara, onların fəaliyyətinə çox inanırdı. Təəssüf ki, bu, belə olmadı. Azərbaycana hərbi təcavüz edildi və Ermənistan tərəfindən işğal nəticəsində ölkəmiz öz torpaqlarını itirdi. ATƏT-in, BMT-nin üzvü olduğu halda Azərbaycan işğala məruz qaldı. Heç bir təşkilat və qurum Ermənistanı təcavüzkar adlandırmadı. Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclasda söyləyib.

Hikmət Hacıyev bildirib ki, yalnız üç ölkə - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı Ermənistanla heç bir əlaqə qurmadı.

Prezidentin köməkçisi vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməlidir. BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

“Qoşulmama Hərəkatını təsis edənlərə öz minnətdarlığımızı bildiririk. Azərbaycan bu qurumun sədri kimi COVID-19 pandemiyası ilə mübarizədə əsl nümunə göstərdi”, - deyə H.Hacıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.