SİYASƏT


Hikmət Hacıyev: Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına layiqli cavab verir

Bakı, 19 oktyabr, AZƏRTAC 

Humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri təxribatlar törətdi. Azərbaycan Silahlı Qüvvələri isə onların layiqli cavablarını verdi. Bunun nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edildi. Bununla bağlı Prezident, Ali Baş Komandan İlham Əliyev də özünün "Twitter" hesabından xalqımıza xoş xəbəri çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına layiqli cavab verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.