Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar YENİLƏNİB VİDEO

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar YENİLƏNİB VİDEO

İstanbul, 7 sentyabr, AZƏRTAC

Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar ki, bundan başqa dövlətlər də faydalana bilərlər. Regionda sülhün bərqərar olması isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxışı zamanı bildirib.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatı ilə bağlı suala cavabında Hikmət Hacıyev bunun məqsədli şəkildə törədildiyini, Azərbaycan-Türkiyə qardaşlığının, birgə əzmimizin bu planın qarşısını aldığını bildirib. “İyulun 12-də Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində Azərbaycana qarşı növbəti təxribat törədildi. Bu, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttindən 300 kilometr aralıda baş verən hadisə idi. Hadisənin nədən məhz Tovuzda baş verməsi ilə bağlı sual yaranır. Bunun bir neçə strateji səbəbi var idi. İlk növbədə, Ermənistanın məqsədi Azərbaycanın şərq-qərb platformasına, bizim qardaş Türkiyə ilə birgə həyata keçirdiyimiz TANAP və TAP kimi layihələrimizə bir təhlükə yaratmaq idi. Hədəflərin əsasında ərazi əldə etmək və həmin ərazidə nəzarəti ələ keçirmək də var idi. Eyni zamanda, Ermənistan Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmağa çalışırdı. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü otuz ildən çoxdur davam edir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə birgə ətraf yeddi rayonu otuz ildir işğal altındadır. Həmin ərazilərdə etnik təmizləmə həyata keçirilib. Ermənistan tərəfindən beynəlxalq hüququn bütün norma və prinsipləri, BMT-nin Nizamnaməsi pozularaq Azərbaycana qarşı bu kimi əməllər törədilib. Bu azmış kimi, Ermənistan Azərbaycanla sərhəddə də təxribat törətdi”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Ermənistan tərəfindən hər zaman təxribatın törədiləcəyinin gözlənildiyini qeyd edən Hikmət Hacıyev deyib ki, Tovuz hadisələrindən sonra Ermənistanın sistemli şəkildə silahlanması davam edir. Ermənistana 500 tondan artıq silah-sursat daşınıb. Bu silah-sursatın nə məqsədlə daşınmasına dair sualımıza biz hələ də cavabımızı ala bilməmişik. Bunu da açıq deməliyik ki, Rusiyanın aidiyyəti rəsmi orqanları qarşısında da bu məsələni qaldırmışıq. Lakin cavab ala bilməmişik.

Son zamanlar erməni diaspor təşkilatlarının qardaş Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı qaralama işi apardığını deyən Prezidentin köməkçisi onların bu məqsədlərinə nail ola bilmədiklərini qeyd edib: “Bizim birgə fəaliyyətimiz, həmçinin qardaş Türkiyə ilə media sahəsində əməkdaşlığımız onların bu kimi çirkin təbliğatlarının qarşısını aldı. Beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar verdilər. Dünya media müstəvisində də Azərbaycanın haqq səsi eşidildi. Bu da onu göstərir ki, biz qardaş ölkələr olaraq birlikdə hərəkət edərək doğruları beynəlxalq təşkilatlara daha aktiv şəkildə çatdırmalıyıq”.

Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri barədə danışan Hikmət Hacıyev bu təlimlərin illik plana uyğun olaraq həyata keçirildiyini, hərbi təcrübə baxımından çox faydalı olduğunu, eyni zamanda, bu təlimlərin bölgədə sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət etdiyini bildirib. Türkiyə əsgərlərinin Azərbaycana gəlməsini yüksək qiymətləndirən Hikmət Hacıyev bunu 1918-ci il hadisələrində göstərilən qardaş dəstəyi ilə müqayisə edib: “Biz Türkiyə əsgərinin Azərbaycanda və ya Azərbaycan əsgərinin Türkiyədə olması ilə bağlı sərhəd qoymuruq. Çünki hər ikisi eyni vətəndir, biz bir millət, iki dövlətik. Lazım olan anda, lazımi yerdə bir-birimizə dəstək veririk. Xarici siyasətdə olduğu kimi, bu mövzularda da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Azərbaycanın Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı da Türkiyəyə dəstəyini vurğulamaq istəyirəm. Azərbaycan hər zaman tərəddüd etmədən qardaş Türkiyənin yanındadır və bunu Prezidentimiz İlham Əliyev də qeyd etdi. Türkiyənin bu günlər regional, beynəlxalq müstəvidə milli maraqları, xalqının mənafeyini nəzərə almaqla apardığı aktiv siyasəti görürük və bununla qürur duyuruq”.

Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz yatağı ilə bağlı fikirlərini bildirən Hikmət Hacıyev bunun Azərbaycanda sevinclə qarşılandığını vurğulayıb.

Aparıcının Ermənistan qadınlarının müharibəyə hazırlanması ilə bağlı sualına cavabında Hikmət Hacıyev bunun Azərbaycanda təəssüflə qarşılandığını, belə bir şeyin Azərbaycan mədəniyyətinə yad olduğunu qeyd edib, eyni zamanda, bunun Ermənistanda insanlar arasında Azərbaycana, o cümlədən türk millətinə qarşı nifrət siyasətinin sübutu olduğunu vurğulayıb: “Biz yenə də Ermənistana və erməni xalqına üz tutaraq XXI əsrdə bu kimi çirkin təbliğatın qurbanı və keçmişin əsiri olmayaraq gələcəyə baxmağı tövsiyə edirik”.

Hazırda Ermənistanda hökm sürən iqtisadi böhranın koronavirus pandemiyası dövründə daha da kəskinləşdiyini deyən Hikmət Hacıyev bildirib ki, istər Aprel döyüşləri, istərsə də Tovuz istiqamətində törədilmiş təxribat bütün dünyaya, o cümlədən Ermənistana göstərdi ki, onların qarşısında artıq peşəkar, güclü Silahlı Qüvvələri, xalqı ilə hökuməti arasında həmrəyliyi olan Azərbaycan var. Ermənistanın atdığı hər səhv addımın çətinlikləri erməni xalqının üzərinə düşür.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb