SİYASƏT


Hikmət Hacıyev: Azərbaycanı ittiham etmək əvəzinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq

Bakı, 8 oktyabr, AZƏRTAC 

Jurnalistin məlumatı göstərir ki, erməni əsilli Fransa vətəndaşları Azərbaycanın mülki əhalisinə və hərbçilərinə hücumlar edən muzdlular qismində Ermənistan silahlı qüvvələrinin sıralarında fəaliyyət göstərirlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Azərbaycanı ittiham etmək əvəzinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.