SİYASƏT
Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət Ermənistanın ağ fosfor tərkibli mərmilərdən istifadə etməsinə ciddi münasibət bildirməlidir VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Ermənistanın ağ fosfor tərkibli mərmilərdən istifadə etməsi onun qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Ermənistanın bu kimi silahlardan istifadə etməməsi ilə bağlı öhdəliyi var.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 3-də keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaqdır. Ermənistan insanlar üçün ağır fəsadlar törədə bilən bu silahlardan istifadə edərək digər mülki obyektlərə də ziyan vura bilər. Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi münasibət bildirməlidir.