CƏBHƏ XƏBƏRLƏRİ


Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Bərdə, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər azğınlaşıb ki, diplomatik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin Xocalı soyqırımından başlayan və bu gün də davam edən müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir. Onlarda hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır.

“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”, - deyə Hikmət Hacıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.