SİYASƏT


Hikmət Hacıyev: Ermənistan çətin vəziyyətə düşən kimi yenə də mülki obyektləri hədəf almağa başladı

Bakı, 21 iyul, AZƏRTAC 

Ermənistan çətin vəziyyətə düşən kimi yenə də mülki obyektləri hədəf almağa başladı.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, həmişə olduğu kimi, yenə də Azərbaycanın yaşayış obyektləri hədəf alındı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurdu. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak oldu. Ermənilərin mülki əhaliyə vurmaq istədikləri zərbənin qarşısı Azərbaycan Ordusunun uğurlu tədbirləri nəticəsində alındı. Mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərlərin Prezident İlham Əliyevin Sərəncamına əsasən qiymətləndirilməsi aparılır.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın bu hücumları beynəlxalq sənədlərə və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, bu ölkənin hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.