SİYASƏT
Hikmət Hacıyev: Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində Ermənistanın humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi qeyd edib: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın”.