SİYASƏT


Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində ölkəmizin mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərinə məqsədyönlü şəkildə 30 mindən çox mərmi atılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.