SİYASƏT


Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı son hücumları onun dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı son hücumları onun dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir

Bakı, 5 oktyabr, AZƏRTAC 

Biz Ermənistanın Azərbaycana qarşı son hücumlarını qəti şəkildə pisləyirik. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu əmrlər bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Burada da beynəlxalq hüquqa əsasən, Ermənistan siyasi rəhbərliyində və qondarma qurumun rəhbərliyində olan şəxslər məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, ermənilər tərəfindən hədəfə alınan yerlər arasında hərbi obyektlər yoxdur. Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də istifadə edilir. Bu raketlər artıq Xızı şəhərinə qədər gəlib çıxıb. Bu, Ermənistan dövlətinin terrorçu əməllərini göstərir. Ermənistan tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün bu cür addımlar atır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.