SİYASƏT
Hikmət Hacıyev: Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir
Bakı, 4 oktyabr, AZƏRTAC
Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
H.Hacıyev qeyd edib: “Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.