Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Hacıyev: Ermənistanın hərəkətləri onun üzv olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə ziddir

Hikmət Hacıyev: Ermənistanın hərəkətləri onun üzv olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə ziddir

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın “Lenta.ru” internet nəşrinə Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələr barədə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Bu dəfə vəziyyət adətən olduğu kimi Dağlıq Qarabağ regionunda deyil, Tovuz rayonunda kəskinləşib. Sizin fikrinizcə, nə baş verib?

-İlk növbədə, real faktlara baxmaq lazımdır. Fakt ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində təhrikçi hərəkətlər edib və atəşkəs rejimini kobud şəkildə pozublar.

Birinci olaraq erməni hərbçiləri başlayıb, öz artilleriya qurğularından istifadə ediblər, lakin cavab atəşi və əks-hücum nəticəsində bu hücum dəf edilib. Atəşkəs rejiminin pozulması açıq-aydın göstərir ki, bütün bu hadisələrə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür.

-Bu, Yerevana nədən ötrü lazım ola bilərdi?

-Ermənistan bu cür hərbi avantüralar yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinə özünün üzv olduğu hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı işğala və təcavüzə görə (söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir: tanınmamış “Dağlıq Qarabağ respublikası” müstəqillik tələb edir, Ermənistan bu məsələdə onu dəstəkləyir – qeyd “Lenta.ru” nəşrinindir) məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Bundan əlavə, mənə belə gəlir ki, Ermənistan özünün gərginləşən sosial-iqtisadi problemləri fonunda bu hərbi münaqişəni eskalasiya etməyə çalışır.

Ermənistan rəhbərliyinin destruktiv siyasəti nəticəsində COVID-19 infeksiyası geniş yayılıb. Sərhəddə gərginlik yaradılması diqqəti daxili problemlərdən yayındırar. Bizim ölkəmiz isə sərhəddə gərginlik yaradılmasının əleyhinədir. Bizim sərhəd xidmətləri və silahlı qüvvələr provokasiyanın qarşısını almaq üçün gücləndirilib.

-Yəni, Bakıda hadisələrin bu cür inkişafına hazır idilər? Ya da hazırlaşıblar?

-Bilirsiniz, daha bir faktı əlavə etmək istəyirəm: bazar günü - iyulun 12-də biz Tovuz sərhədində Ermənistan tərəfindən ağır hərbi texnika və canlı qüvvə göndərilməsini müşahidə etdik. Bizim fikrimizcə, bu fakt onu sübut edir ki, artilleriya qurğularından istifadə edilməklə hücum əvvəldən hazırlanıb.

Lakin yekunda erməni tərəfi heç nə qazana bilmədi. Bakı provokasiyanın qarşısını almağa və Ermənistan-Azərbaycan sərhədində gərginlik yarada biləcək bu cür insidentlərin aradan qaldırılmasına həmişə hazırdır. Qazax və Tovuz rayonları boyunca sərhədin xeyli hissəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri dislokasiya edilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasında dövlət sərhədini sistematik olaraq hərbiləşdirməyə və dinc vətəndaşları qəsdən atəşə tutmağa davam edir.

-Bu vəziyyət genişlənərək daha ciddi silahlı münaqişəyə çevrilə bilərmi?

-Bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında ciddi münaqişə artıq 30 ildir – Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və daha yeddi rayonunu işğal edəndən sonra davam edir. Bizim silahlı qüvvələr indi də orada düşmənlə üz-üzə dayanır. Bu, Birinci və İkinci Dünya müharibələrinin ssenarisini xatırladır: o vaxt 100 min hərbçi üzbəüz dayanmışdı.

Bu, onu göstərir ki, toqquşma hər an gözləniləndir. Yeni provokasiyalar da gözlənilirmi – bunun cavabını erməni tərəfindən soruşmaq lazımdır, çünki onlar Azərbaycanın torpağını işğal ediblər.

-Türkiyə Azərbaycanı dəstəklədiyini artıq bildirib. Əgər hər halda münaqişə davam edərsə, onun bütün regionu əhatə etməsi ehtimalı nə dərəcədə böyükdür?

-Mən bunu real ssenari hesab etmirəm. Bu gün İranın, Rusiyanın və Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Biz bu dövlətlərə Ermənistanın məsuliyyətsiz siyasətinə biganə yanaşmadıqlarına görə təşəkkürümüzü bildiririk. Qonşularımız başa düşür ki, dünyadakı vəziyyət onsuz da qeyri-sabitdir, müharibənin alovlanması isə qonşularımıza da təsir edəcək. Ermənistan düşüncəsiz hərəkətlər edir və onun nəticələri barədə fikirləşmir. Azərbaycan hər zaman bu problemi sülh yolu ilə həll etməyə hazırdır və biz həmişə buna təşəbbüs göstəririk. Biz hər zaman ATƏT nümayəndələri ilə məsələləri müzakirə edirik və digər ölkələrin diqqətini yayındırmaq istəmirik. Ancaq Ermənistan isə digər ölkələri öz təxribatına cəlb etməyə çox maraqlıdır.

-Rusiya münaqişənin qarşısını almağa kömək edən tərəf kimi çıxış edə bilərmi?

-Əlbəttə, bu məsələnin tənzimlənməsində Rusiyanın rolu böyükdür. Biz bunu yüksək dəyərləndiririk, Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazımi addımları atdı. Ancaq təəssüf ki, Ermənistanın işğalçı və təxribatçı addımları məsələni sülh yolu ilə həll etməyə imkan vermir. Biz Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün bütün beynəlxalq ictimaiyyətə müraciət edirik.

Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir. Ermənistanın bu təcavüzkar siyasəti bir sıra digər ölkələri də təhdid edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb