SİYASƏT


Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə cinayətləri davam edir

Bakı, 27 oktyabr, AZƏRTAC 

Ermənistanın Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində ölənlər arasında bir azyaşlı da var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür.

Hikmət Hacıyev Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayının dörd nəfərə çatdığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.