SİYASƏT


Hikmət Hacıyev: Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanla bağlı rəqəmlər beynəlxalq ictimaiyyətə təqdim olunacaq VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC 

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Azərbaycan əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub. İndi isə həmin ərazilər işğaldan azad edilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Prezidentin son Sərəncamı isə sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını əhatə edir. Dəymiş ziyanla bağlı rəqəmlər Xarici İşlər Nazirliyi tərəfindən beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək, lazım olduğu halda onların evləri əsaslı təmir ediləcək.

Hikmət Hacıyev bildirib ki, Ermənistanın təxribatı nəticəsində 4 məscid və kilsəyə, 15 qəbiristanlığa, cəbhəboyu ərazilərdə yerləşən 50-dən çox məktəb binasına ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.