Hikmət Hacıyev: İşğal altındakı torpaqlarımızın azad olunması istiqamətində fəaliyyətimizi davam etdiririk
AzerTAg.az

Bakı, 5 oktyabr, AZƏRTAC
Xain düşmənimizdə hər hansı etik qayda yoxdur. Ölkəmizə qarşı müharibə siyasəti çox eybəcər şəkildə aparılır. Biz Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzündə bunun bir daha şahidi olduq. Silahlı Qüvvələrimiz də onların layiqli cavablarını verir və verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan cəmiyyəti, vətəndaşlarımız ən güclü şəkildə səfərbərdir. Biz işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu gün hər birimiz qürur hissi duyuruq. Ali Baş Komandanın rəhbərliyi ilə hər bir Azərbaycan vətəndaşı tarixi, hüquqi əsaslarla öz torpaqlarının işğaldan azad edilməsini istəyir. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir!
Xəbərin mətnində orfoqrafik səhv var