SİYASƏT


Hikmət Hacıyev: İşğaldan sonra Laçında ermənilərin qanunsuz məskunlaşdırılması aparılıb

Bakı, 9 avqust, AZƏRTAC

Laçının işğalı və talan edilməsindən sonra Yaxın Şərqdən olan ermənilər bu ərazilərdə qanunsuz məskunlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabındakı paylaşımında qeyd edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra ermənilərin Yaxın Şərqdən köçürülməsi yolu ilə qanunsuz məskunlaşdırılması aparılıb. Əlyazmalar yanmır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.