Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hikmət Hacıyev: Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi barədə iddiaları danışıqların mahiyyətinə və formatına ziddir

Hikmət Hacıyev: Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi barədə iddiaları danışıqların mahiyyətinə və formatına ziddir

Bakı, 7 mart, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dərc olunan EURACTİV portalına müsahibəsinə cavab olaraq həmin portalda Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsi verilib. Məqalədə Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın martın 4-də EURACTİV portalına müsahibəsini, xüsusilə onun Ermənistan-Azərbaycan münaqişəsi barədə iddialarını ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətinə və formatına köklü şəkildə zidd olduğunu bildirib. AZƏRTAC məqaləni təqdim edir.

Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında keçən ilin sentyabrında Düşənbədə baş tutmuş görüşdən etibarən Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması məqsədilə konstruktiv və cəsarətli addımlar atıb. MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammiti və Davosda Azərbaycan və Ermənistan rəhbərliyi arasında daha iki görüş olub. Amma Ermənistan rəhbərliyi indi bunları görüş belə adlandırmaqdan çəkinir və qeyri-rəsmi təmaslar adlandıraraq metaforik illüstrasiyaya üstünlük verir.

Bu ümidverici dinamika ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dörd görüşü ilə müşayiət olunub. Amma həmsədrlərin və beynəlxalq ictimaiyyətin iki ölkə arasında substantiv və nəticəyönümlü intensiv danışıqların davam etdirilməsinə dair nikbinliyinə müsbət şəkildə cavab vermək əvəzinə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi ilə bağlı qeyri-real iddialar irəli sürməyə başlayıb. Bu düşüncə ilə Ermənistan tərəfi məqsədyönlü şəkildə bütün danışıqlar prosesini əngəlləyir və iflic halına salır.

Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində nə işi var?

Beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq qanunsuz şəkildə gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bir milyondan çox mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə aparılıb. Onlar hələ də məcburi köçkün və qaçqın statusunda yaşamaq məcburiyyətindədir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzdə birbaşa iştirakı və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə mövcudluğu münaqişə tərəfi kimi Ermənistanın hüquqi, siyasi və mənəvi məsuliyyətini təsbit edir. Söz güləşdirməklə Ermənistan hökuməti bu mütləq məsuliyyətdən qaça bilməz.

İşğalçı dövlətlər adətən digər dövlətin ərazisini zor yolu ilə işğalında öz rollarını gizlətmək üçün işğal olunmuş ərazilərdə qanunsuz rejimlər yaradırlar. Qondarma “Dağlıq Qarabağ Respublikası” bu kimi siyasətin və təcrübənin bariz nümunəsidir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına əsaslı olaraq son qoydu. AİHM təsbit etdi ki, “qondarma “DQR” və onun administrasiyası Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.

Bu günlərdə N.Paşinyan hökumətinin üzvü və dövlət təhlükəsizlik xidmətinin sədri məskunlaşdırma siyasətinə bəraət qazandıraraq və işğal olunmuş ərazilərin bir qarışının belə qaytarılmayacağını iddia edərək Ermənistanın zəbt olunmuş ərazilərin anneksiyası siyasətini yürütdüyünü təsdiq etmiş oldu.

N.Paşinyanın müsahibəsində başqa bir uyğunsuzluq da var. Müsahibədə o, BMT baş katibinin münaqişə ilə bağlı açıqlamasını alqışladığı halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnaməsinin üzərindən sükutla keçir. Ermənistan BMT TŞ-nin qətnamələrinin işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirməyib.

Paradoksal olaraq Ermənistan rəhbərliyi bir tərəfdən ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə dəstək ifadə edir, digər tərəfdən isə danışıqlar formatının dəyişdirilməsinə çağıraraq həmsədrlərinin işini pozur.

ATƏT-in Minsk qrupu prosesi çərçivəsində təsbit olunmuş institusional yaddaş vardır. ATƏT-in 1992-ci il Helsinki nazirlər iclasının qərarına görə Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi müəyyən olunub. Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı qanlı etnik təmizləmə törədildiyi halda, Ermənistanın Dağlıq Qarabağın erməni icmasına eksklüziv hüquqlar tələb etməsi barədə əsassız iddiaları insan hüquqlarının ruhuna və fəlsəfəsinə ziddir. Ermənistan, həmçinin sayı 80 min nəfərdən artıq olan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır və hər bir vəchlə iki icma arasında dialoqu bloklayır.

Azərbaycan Avropa İttifaqının yüksək vəzifəli rəsmi şəxslərinin N.Paşinyan ilə mətbuat konfransında səsləndirdiyi bəyanatlarını dəstəkləyir. İşğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Danışıqlara qeyd-şərtin qoyulması yolverilməzdir, yeni formatın yaradılmasına ehtiyac yoxdur və danışıqlar razılaşdırılmış düstura uyğun olaraq mövcud format əsasında davam etdirilməlidir. Danışıqların davamlılığı və danışıqlara öhdəlik təmin olunmalıdır. Bu mövqeyi beynəlxalq birlik də yekdilliklə bölüşür. Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ünvanlı siyasi-diplomatik ismarıclar çatdırılmalıdır. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, eyforiya dövrü başa çatıb. Küçə populizminə son qoyulmasının və ciddi addımların atılmasının vaxtıdır.

Biz, eyni zamanda, Avropa İttifaqının sifarişi ilə hazırlanan və münaqişənin həllinin Ermənistana və Azərbaycana iqtisadi dividendləri barədə hesabatın ideya və fəlsəfəsini dəstəkləyirik. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmədən Ermənistanın iqtisadi inkişafı qeyri-mümkündür.

Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və qonşularla sivil münasibətlər qurmalıdır. Yalnız bu halda regionun çox ehtiyac duyduğu davamlı və ədalətli sülh təmin oluna bilər. Əks-təqdirdə, Ermənistanın siyasi, iqtisadi və demoqrafik böhranı və özünü təcridi dərinləşməkdə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb