SİYASƏT


Hikmət Hacıyev: Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür

Bakı, 26 oktyabr, AZƏRTAC

Ermənistanın baş naziri saat 08.00 radələrində Ermənistanın humanitar atəşkəsə riayət etməsi ilə bağlı açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, oktyabrın 10-da Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu. Oktyabrın 18-də Fransanın vasitəçiliyi ilə razılaşdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub: “Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsi sözdə dəstəkləyir, əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan Silahlı Qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir.

Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir.

Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.