SİYASƏT


Hikmət Hacıyev: Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda hərbi vəziyyət elan edilib VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də Ermənistan bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutub. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.

Fərmanda qeyd olunub ki, Konstitusiyanın 109-cu və 111-ci bəndləri nəzərə alınaraq sentyabrın 28-də gecə saat 00.00 etibarən Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.