SİYASƏT


Hikmət Hacıyev: Rəsmi ezamiyyə vərəqəsi ilə bölgələrimizə səfərlər həmin rayonlarımızda yoluxma hallarının artmasına təsir göstərib

Bakı, 15 avqust, AZƏRTAC

Ötən həftə və bu həftə ərzində aparılan monitorinqlərə əsasən deyə bilərik ki, çimərliklərdə bir o qədər də sıxlıq müşahidə olunmur. İlkin mərhələdə yəni, ötən həftənin sonlarında müəyyən sıxlıq müşahidə olunmuşdur. Kütləvi İnformasiya Vasitələrinin aktiv fəaliyyəti, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların məlumatlandırma tədbirləri nəticəsində çimərliklərdə sıxlığın aradan qaldırılması və vətəndaşlarımızın təhlükəsiz şəraitdə istirahət etmələri təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib ki, Çimərlik.az portalına müraciət edən vətəndaşlarımızın sayı artmaqdadır. Portala müraciət edən vətəndaşlarımız vəziyyətə uyğun olaraq sıxlığın müşahidə olunmadığı çimərliklərə gedirlər.

Rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələyə toxunun Prezidentin köməkçisi qeyd edib ki, bu məsələ hazır müzakirə olunmaqdadır. “Regionlarda və Bakı şəhərində olan mövcud epidemioloji vəziyyət, həmçinin ezamiyyə vərəqələri və müxtəlif icazələrlə səfər edənlərin həmin regionlarımızla Bakı arasında əlaqələri və bunun epidemioloji vəziyyəti təsirləri kimi, məqamlar araşdırılır. Görünən odur ki, rəsmi ezamiyyə vərəqəsi ilə bölgələrimizə səfərlər həmin rayonlarımızda yoluxma hallarının artmasına təsir göstərib”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.