SİYASƏT


Hikmət Hacıyev Türkiyə Prezidentinin rəsmi nümayəndəsi ilə telefonla danışıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ilə telefon danışığı keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident köməkçisi öz “Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.