SİYASƏT


Hikmət Hacıyev: Vergiödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək

Bakı, 3 avqust, AZƏRTAC

Pandemiya başlandığı vaxtdan etibarən dövlətimiz tərəfindən sosial-iqtisadi yardım paketləri həyata keçirilir. Burada xüsusilə iqtisadi paketi qeyd etmək lazımdır. Pandemiyadan əziyyət çəkmiş vergiödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: “2020-ci il 28 iyul tarixinədək maliyyə dəstəyi almaq üçün 272 min 939 muzdlu işçisi olan 30 minə yaxın vergiödəyicisi müraciət etmişdir. Müvafiq araşdırmalar və təhlillər aparılmışdır. Nəticədə 24 min 825 vergiödəyicisinə ikinci mərhələ üzrə müvafiq ödəmələr həyata keçirilmişdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.