CƏMİYYƏT


Hikmət Hacıyev: Vətən müharibəsində qalib olduğumuz kimi, koronavirusla mübarizədən də qalib çıxmalıyıq

Bakı, 19 noyabr, AZƏRTAC

Dünyada koronavirusa yoluxma sürətlə artmaqdadır. Azərbaycanda da artım tendensiyası ciddi narahatlıq doğurur. Ölüm sayında da artımın olması ciddi narahatlıq yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 19-da keçirilən brifinqdə deyib.

Hikmət Hacıyev bildirib : “Yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemi qarşısında ciddi tapşırıqlar qoyur. Hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür. Şəxsi heyət arasında yoluxma halları özünü xüsusi büruzə verməyib. Hərbi çağırışçılar da xüsusi testdən keçirilir ki, virus hərbi hissələrdə yayılmasın. Vətən müharibəsində qalib olduğumuz kimi koronavirusla mübarizədən də qalib çıxmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.