CƏMİYYƏT


“Hind Klinikası”nda qanvermə aksiyası keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Hindistanın 73-cü Respublika Günü münasibətilə və “Azadi Ka Amrit Mahotsav” (Müstəqilliyin dadı) təşəbbüsü altında Hindistanın Azərbaycandakı səfirliyi, Bakıdakı “Hind Klinikası”, Azərbaycan Hind Assosiasiyası, Azərbaycanda fəaliyyət göstərən Hindistanın etnik qruplarının (Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam Təşkilatı) nümayəndələri “Hind Klinikası”nda qanvermə aksiyası təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mərkəzi Qan Bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Naqif Həmzəyev də iştirak edib.

Qanvermə aksiyasına səfir Bavitlunq Vanlalvavna, onun həyat yoldaşı, səfirliyin əməkdaşları, Hindistan icmasının üzvləri, Hindistanın dostları və digər könüllülər qatılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.