ELM VƏ TƏHSİL


Hindi Dili və Mədəniyyəti Mərkəzi beynəlxalq seminar keçirib

Bakı, 3 yanvar, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) “Hindi dili ədəbiyyatı, mədəniyyəti və cəmiyyət” adlı beynəlxalq seminar keçirilib. Seminarda Hindi Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Saidə Mirzəyevanın dəvəti ilə Hindistanın Ədəbi–Mədəni Araşdırmalar İnstitutunun professoru Pradip Kumar, Maqadh Universitetinin hindi dili müəllimi Şirin Qureyşi, professor Sunita Çauhan və Satiş Kanojiya iştirak ediblər.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Azərbaycanda hindi dilinin yayılması, Hindistan mədəniyyətinin tələbələrə tanıdılması və iki dövlət arasında dostluğun daha da möhkəmləndirilməsidir.

Professorlar müxtəlif mövzularda mühazirə oxuyublar. Eləcə də ADU-nun hindistanşünaslıq ixtisası üzrə tələbələri Rəşid Tağıyev və Tofiq Vəliyev, Mərkəzin “Sanqat klubu”nun üzvləri Rəna Əliyeva, Aida Maqsudova, Konfutsi İnstitutunun tələbəsi Hüseyn Mirzə və baş müəllimi Sevda Abuzərli mühazirələrlə çıxış ediblər.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.